FİKİR VASİTƏSİ İLƏ KANALLARI DƏYİŞDİRƏ BİLƏCƏYİK Hitachi şirkətinin (Yaponiya) mütəxəssisləri fikrin köməyi ilə insanların elektron cihazları idarə etməyə imkan verən texnologiya hazırlamışlar. İctimaiyyətə təqdim olunan texnologiya başa geyinilən sensorlu kaskaya bənzəyir ki, bu da infraqırmızı siqnallar buraxmaqla beyindəki qan axınının dəyişilməsini qeydiyyata alır. Şirkətdə bildirirlər ki, beyinin müəyyən hissəsini fəallaşdıraraq, məsələn, sayaraq elektron oyuncağı hərəkətə gəlməyə məcbur etmək olar. Gələcəkdə bu cür texnologiya sayəsində televizorda kanalları dəyişdirmək mümkün olacaq. Bu, təbabətdə məhdud imkanları olan insanlar üçün də faydalıdır.