Thursday, 2024-04-25, 2:30 PM
Xoş Gelmişsiniz Qonaq | RSS
UFO
Başa | Qeydiyyat | Daxil ol
Qeydiyyat

Menyu
Xeberlerin Mövzusu
heqqiqetlqer [1]
Kalendar
«  February 2008  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
242526272829
Axtar
Dostlarımız
Statistika
Başa » 2008 » February » 4 » 300 MİN AVRO DƏYƏRİNDƏ METEORİT PARÇASI
300 MİN AVRO DƏYƏRİNDƏ METEORİT PARÇASI
4:38 PM
300 MİN AVRO DƏYƏRİNDƏ METEORİT PARÇASI
Avstriyanin Tirol əyalətinin Roytte bələdiyyəsi almaniyalı fizik və alpinist Karl Vimmerlə bir meteorit parçası üstündə məhkəmə çəkişməsinə başlamışdır. Vimmer meteorit parçasını Roytte bələdiyyəsi ərazisindən tapmış və bu tapıntı üçün 300 min avro tələb etmişdir. Çəkisi 1,75 kiloqram olan meteorit "Noyşvanştayn 3" adlanır və yaşının 4,5 milyard il olduğu güman edilir. 2002-ci ildə Avstriya-Almaniya sərhədi ərazisinə meteorit parçaları düşmüşdür. Noyşvanştayn qəsri ətrafına düşmüş meteorit parçalarının yanaraq yer atmosferinə daxil olması bu sahədə ən yaxşı sənədləşdirilmiş hadisələrdən sayılır.
Həmin meteorit parçalarından olan "Noyşvan- ştayn 3"-ü tapanadək Vimmer aylarla meteoritin uçuş trayektoriyasını hesablamış və axtarışlar aparmışdır. Meteoriti Avstriya sərhəd ərazisində tapdıqdan sonra fizik onu zəngin meteorit parçaları kolleksiyasına malik Vyana Təbiət Tarixi Muzeyinə 300 min avroya təklif etmişdir. Lakin Roytte meri Helmut Vizeneqq Vimmer meteoritin Roytte ərazisində tapıldığına görə bələdiyyənin mülkü olduğunu bildirmiş, onun bələdiyyə orqanlarına verilməsi iddiasını qaldırmışdır. Məhkəmə işi Auqsburq Əyalət Məhkəməsinin icraatındadır. Bu məhkəmə çəkişməsi ilə də almandilli ədliyyə sistemində tam qaranlıq bir fəsil açılmışdır. Çünki indiyədək kosmosdan düşən cisimlərin sahiblik hüququ ilə bağlı qanunvericilikdə heç nə nəzərdə tutulmayıb.
Auqsburq Əyalət Məhkəməsinin vitse-prezidenti Maks Hofmayster müsahibə zamanı bildirmişdir ki, hal-hazırda tapıntı ilə bağlı əsas hüquqi sual hələ də cavablandırılmamış qalır. Belə ki, tapıntı məhkəmə tərəfindən xəzinə, yaxud təbiət hadisələrinin təzahürü kimi qiymətləndirilməlidir. Əgər meteorit məhkəmə tərəfindən xəzinə kimi qiymətləndirilsə, onda tapıntının dəyəri Vimmer və Roytte bələdiyyəsi arasında yarı bölünməlidir. Meteorit təbiət hadisələrinin təzahürü kimi qiymətləndirildiyi təqdirdə, Avstriya hüququna görə, kosmik cisim düşdüyü ərazi bələdiyyəsinə məxsus olacaqdır. Məhkəmə meteoritə 80 min avro qiymət qoymuşdur.

Baxilib: 2932 | Elave Edib: karakurt | Reytinq: 0.0/0 |
Total comments: 1
2008-05-19
1. zefer (zafer)
dry

Name *:
Email *:
Code *:
İPAF 607.6 EF 553.6 © 2024
Powered by uCoz